Ekonomiks 16:01 06.08.2013

MillÖn fəaliyyətini bərpa etdi - YENİLƏNİB


"Komtec" şirkətinin MillÖn özünəxidmət terminalları şəbəkəsinin işi tam bərpa edilib. Bu barədə Qaynar.info-ya şirkətdən bildiriblər.

Şirkət tərəfindən sistemin yenilənməsi üzrə texniki işlər aparılıb ki, bu da proqram tərtibatının işini optimallaşdırıb.

Qaynar.info


13:06

"Komtec" şirkəti MilliÖn özünəxidmət terminalları şəbəkəsi sisteminin texniki yenilənməsinə başlayıb. 

Bu barədə Trend-ə şirkətdən deyiblər.

Şirkətdən bildiriblər ki, texniki səbəblərdən MilliÖn terminallarının işi avqustun 6-da müvəqqəti dayandırılıb. Günün ikinci yarısında sistemin işinin bərpa ediləcəyi gözlənilir.

Sistemin yenilənməsi istifadəçi interfeysində dəyişiklikləri nəzərdə tutmur, sistemin özünün imkan və gücünü, həmçinin onun buraxılış qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

Qaynar.info