Dünya 17:20 03.12.2019

Milyarder cinsi istismara görə 58 milyon dollar ödəyəcək

ABŞ cinsi istismar cinayətinə görə rekord məbləğdə pul cəzası verilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yaşayan yunan əsilli milyarder Alkiviades David Los-Ancelesdəki ofisində çalışan Mahim Xan adlı qadını cinsi istismar etdiyi üçün 58 milyon dollar məbləğində cərimələnib. Məhkəmə prosesinə qatılmayan 51 yaşlı milyarder isə bütün ittihamları rədd edib. O, ABŞ-da hüquq sisteminin çökdüyünü və şikayətçinin yalançı şahidlər tutduğunu iddia edib. bu, Amerika tarixində cinsi istismar cinayətinə görə ödəniləcək ən böyük pul cəzası hesab edilir.

Qeyd edək ki, Nigeriyada doğulan prodüser Davidin əvvəllər də oxşar ittihamlarla mühakimə olunduğu ortaya çıxdı. Eyni ildə iki qadına təcavüz etdiyi üçün 14 milyon dollar təzminat ödədiyi açıqlanıb.
 
Camal