Dünya 15:50 16.04.2018

Milyonçu olduğunu 5 ay sonra öyrəndi

ABŞ-da keçirilən lotereya oyununda cek potu qazanan iştirakçı 2 milyon dolların sahibi olduğunu 5 ay sonra öyrənib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatında yaşanıb. 18 noyabr 2017-ci il tarixdə keçirilən lotereyanın qalibi 5 ay sonra üzə çıxıb. O, lotereya kuponu çox olduğu üçün hamısını izləyə bilmədiyindən qalib olduğunu 5 ay sonra öyrəndiyini deyib.

Cek potun ona çıxacağını heç zaman düşünmədiyini deyən şəxs qazandığı pulla borclarını ödəyəcəyini, bir azını gələcək üçün saxlayacağını, qalanını isə əyləncəyə xərcləyəcəyini açıqlayıb.