Xəbər lenti

Milyonlarla insan aclıqdan ölə bilər (XƏBƏRDARLIQ)
Dünya 11:21 09.11.2017

Milyonlarla insan aclıqdan ölə bilər (XƏBƏRDARLIQ)

"Yəməndə mühasirə aradan qaldırılmasa, milyonlarla insana təsir edə biləcək dəhşətli ərzaq qıtlığı baş verə bilər”.

"Qaynarinfo" cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin köməkçisi Mark Lovkuk məlumat verib. 

BMT yetkilisi bununla bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib. "Səudiyyə Ərəbistanı Yəmənə tətbiq etdiyi mühasirəni aradan qaldırmasa – bu ölkəyə yardım çatdıran dəniz və hava sərhədlərini açmasa, Yəməndə dünyanın ən böyük qıtlığı yaşana bilər. Mühasirə ləğv edilməyəcəyi halda, Yəməndə baş verəcək qıtlıq Cənubi Sudanda on minlərlə insana təsir edən, yaxud, 2011-ci ildə Somalidə 250 min insanın həyatına son qoyan qıtlıq kimi olmayacaq. Bu, milyonlarla insanı aclıqdan öldürə bilər”, - deyə Lovkuk vurğulayıb. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->