Ölkə 22:10 19.04.2019

Mingəçevirdə 1 gündə 3 uşaq hündürlükdən yıxıldı

Mingəçevirdə bir gündə 3 azyaşlı yıxılaraq xəsarət alıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, aprelin 18-də şəhər sakini, 2012-ci il təvəllüdlü Umudzadə Ruslan Vüqar oğlu həyətlərində hündürlükdən yıxılıb. Nəticədə uşaq başın qapalı travması ilə xəstəxanaya yerləşdirilib.

Həmin gün şəhərin Ə.Vahid küçəsində, şəhər sakini, 2004-cü il təvəllüdlü Mahmudov Məhəmməd Bəhruz oğlu da yaşadığı evin pilləkənindən yıxılaraq xəsarətlər alıb.
Şəhərin N.Vəzirov küçəsində yaşayan, 2005-ci il təvəllüdlü Salmanov Vüsal Qabil oğlu isə hasardan tullanarkən yıxılıb. Nəticədə 14 yaşlı yeniyetmənin mil sümüyü sınıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.