Ölkə 21:40 17.03.2018

Mingəçevirdə mənzildən 30 min manatlıq oğurluq edilib (FOTO)

Mingəçevirdə mənzildən oğurluq hadisəsi baş verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerli sakin Sevda Abdullayevaya məxsus mənzil qarət olunub.

Əldə edilən məlumata görə, evdən təqribən 30 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.