Sənət 14:36 12.05.2016

Mingəçevirdə teatrda əlbəyaxa dava düşdü

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli və teatrın baş mühəndisi Habil Orucov arasında əlbəyaxa dava düşüb.

Teatrın direktoru Səxavət Məmmədov hadisədən xəbərdar olduğunu bidirib: "Mən məsələnin bu qədər şişirdirməsinin tərəftarı deyiləm. Xəzər Gəncəli teatrımızın baş rejissorudur. Habil Orucov isə teatrımızın baş mühəndisidir. Aralarında baş verən münaqişə texniki məsələlərə görə olub. Səhnədə yanmayan lampaya görə söz-söhbət yaranıb. Bir-birlərini təhqir ediblər. Hər ikisi ilə danışmışam. Məsələyə Mədəniyyət və Turizm Nazirliyi də münasibət bildirib. Hazırda hər ikisi tearda işinin başındadır. Bu dəqiqə teatrda gərgin məşqlər gedir. Mən yaradıcılıq prosesi ilə məşğul olmaq istəyirəm, amma belə məsələlərə də vaxtımı sərf etməli oluram".

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə bəzi teatr-konsert müəssisələrinin hələ də tam gücü ilə işləməyə səy göstərilmədiyini, teatr rəhbərlərinin bəzən öz işlərinə laqeyd yanaşdıqlarını bildirib. Nazir müavini bölgə teatrlarının fəaliyyətinin qənaətbəxş səviyyədə olmadığını deyib.

Əldə olunmuş məlumata görə, teatrın baş rejissoru Xəzər Gəncəli Mədəniyyət və Turizm Nazirliyinə çağırılıb. (Report)

Qaynarinfo.az