Foto 10:31 09.11.2018

Minlərlə amerikalı Trampa etiraz edir (FOTOLAR)

ABŞ-da prezident Donald Trampa qarşı növbəti etirazlar keçirilir.

Qaynarinfo xəbər verir ki, nümayişlərə səbəb ötən Trampın Baş Prokuror Ceff Seşşınzı vəzifəsindən azad etməsidir. Seşşınz Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsindəki mövqeyinə görə vəzifəsindən kənarlaşdırılıb. Aksiya iştirakçıları Trampdan hakim Robert Müllerə Rusiya məsələsini araşdırmağa icazə verməyi tələb edib. Nyu-Yorkun "Times" meydanına toplaşan minlərlə insan "Konstitusiyanı qoruyun", "Mülleri qoruyun", "Tramp hüquqdan üstün deyil", "Tramp Putinin oyuncağıdır" kimi şüarlar səsləndiriblər. İnsanlar həmçinin Trampla mübahisə etdiyi üçün Ağ Evə buraxılmayan CNN jurnalisti Cim Akostaya dəstək fikirləri səsləndiriblər.

Gülşən