Video 09:57 12.09.2020

Minlərlə xabarovsklu yenidən ayağa qalxdı: “Putin, ale! Sən ümumiyyətlə, varsan?" (FOTO/VİDEO)

Xabarovskda üçüncü aydır etiraz aksiyaları davam edir. İnsanlar kütləvi şəkildə bölgənin həbs olunmuş keçmiş qubernatoru Sergey Furqala dəstək vermək, onun barəsində açıq məhkəmə prosesi tələb etmək, habelə hakimiyyətə inamsızlıqlarını ifadə etmək üçün mitinqlərə çıxırlar.

Qaynarinfo xəbər verir ki, bu gün etirazçılar Muravyov-Amursk yolunu bağlayıblar. Etirazçıların karvanına "furqalmobil 2.0" rəhbərlik edir. Kolonkolardan bu şüar eşidilir: "Furqal xalqın qubernatorudur". Etirazçılar regional hökumət binasına çataraq onu dövrəyə alıblar və şüarlar səsləndirdilər: "Biz bir olduğumuz müddətcə yenilməzik" və "Siyasi məhbuslara azadlıq", "Hamımız Sergey Furqalıq”. Aksiyada müxtəlif təxminlərə görə minlərlə sakin iştirak edir.

Bu gün Xabarovskda son aylarda ilk dəfə olaraq razılaşdırılmış mitinq də keçirilib - iştirakçıları mövcud hökumətə inamsızlıqlarını ifadə edib və Furqala dəstək çıxışları səsləndiriblər.

Xatırladaq ki, Furqal 9 iyulda Xabarovskda tutularaq Moskvaya göndərilib. O, 2000-ci illərdə iş adamlarının qətllərində iştirak etməkdə günahlandırılır - müstəntiqlər artıq Furqalı iş adamı Yevgeni Zorinin qətlində ittiham edir. Məhkəmə, Furqalın həbs müddətini 9 dekabra qədər uzadaraq istintaqın tələbini təmin edib. Liberal Demokrat Partiyasının üzvü Mixail Degtyaryev Furqalın yerinə göndərilib, lakin yerli sakinlər bu namizədlə razılaşmayaraq onun geri göndərilməsini, Furqalınsa Xabarovsk Bölgəsinə qaytarılmasını tələb edirlər.

Alpər