"Minsk-2019": 3 güləşçimiz yarımfinalda

II Avropa Oyunlarında qadın güləşçilərin yarışına start verilib.

Qaynarinfo xəbər verir ki, 50 kq çəkidə çıxış edən Azərbaycan güləşçisi Mariya Stadnik 1/4 finalda polşalı Anna Lukasiakla qarşılaşıb. Olimpiya mükafatçısı rəqibinə heç bir şans verməyib - 10:0. Mariya Stadnik rəqibini 52 saniyəyə məğlub edib. İdmançımız yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq.

62 kq çəki dərəcəsində yarışan Elmira Qəmbərova ilk görüşünü 1/8 finalda keçirib. Luzi Manke (Almaniya) ilə qarşılaşan tımsilçizi 4:0 hesablı qələbə qazanb. Elmira Qəmbərovanın 1/4 finaldakı qurbanı isə Katarzina Madrovska olub. Polşalı rəqibinə 9:0 hesabı ilə qalib gələn idmançımızın final yolundakı son maneəsi Krişta İnçze (Rumıniya) olacaq.

76 kq çəki dərəcəsində çıxış edən Səbirə Əliyeva da yarışa uğurlu start götürüb. O, yunanıstanlı Aykaterinierini Pitsiavaya göz açmaq imkanı verməyib - 9:0. 1/4 finaldakı rəqib Georgina Neltorp (Böyük Britaniya) da idmançımızla bacarmayıb. Bu dəfə hesab 8:2 olub. Səbirə Əliyeva yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşacaq.

57 kq çəki dərəsində mübarizə aparan Alyona Kolesnik 1/8 finaldan başladığı yarışda ilk rəqibi Ramona Qalambos (Macarıstan) üzərində çətinlik çəkməyib - 10:0. Lakin güləşçimiz 1/4 finalda bolqar rəqibi Mimi Xristova ilə bacarmayıb (0:6).
XƏBƏRLƏR
BLOGLAR