Siyasət 15:49 25.01.2021

Minsk qrupunun Qarabağa yeni səfəri, həmsdərlərin yeni görüşü... (ŞƏRH)

"30 ildən sonra azərbaycanlıların bölgəyə qayıtması əsas müzakirələrdən biri olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ATƏT-in Minsk qrupunun Qarabağa növbəti səfərini şərh edərkən deyib. Politoloq bildirib ki, həmsədrlərin bu həftəyə Polşada keçirəcəyi görüşdə hansı mövzuların müzakirə olunub, hansı qərarların qəbul olunacağı ilə bağlı bəri başdan nəsə demək çətindir:
 
 

"Çünki hiss olunur ki, həmsədlərin arasında fikir ayrılığı var. Amerika administrasiyasının zədələnməsi, dövlət departamentinin yeni katibinin təyin olunması və s. onu göstərir ki, görüşdə hazırkı vəziyyət və ondan irəli gələn məsələlər müzakirə ediləcək. Hesab edirəm ki, onlar vəziyyəti müzakirə edib, ondan sonra qərar qəbul edəcəklər. Biz görürük ki, bölgədə formalaşan vəziyyət tam fərqlidir. Məncə, əsas mövzulardan biri bu olmalıdır. Konflikdən sonra əsas reabilitasiya məsələlərinə dair ATƏT-in Minsk qrupu hansı təkliflər verə bilər? Aktual mövzu nədən ibarətdir? İnsanların öz evinə qayıtması... Bəlkə Donor konfransı da çağırıla bilər. Yəni, kim hansı maliyyə ilə insanların evinə qayıtmasına dəstək ola bilər”.

Tofiq Zülfüqarov hesab edir ki, köhnə mövzular aktuallığını itirib, Madrid prinsipləri isə həllini tapıb”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu Qarabağa növbəti səfərə hazırlaşır. Həmsədrlərin bu həftə Polşada baş tutacaq görüşündə Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Popov (Rusiya) Qarabağla bağlı atacaqları növbəti addımları və Cənubi Qafqaz regionuna növbəti səfər planını müzakirə edəcək.

Bahar Rüstəmli