Ekonomiks 10:05 10.06.2019

Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu

Şabranın keçmiş polis rəisi Əli Mərdanov "Azərişıq” ASC-də vəzifəyə təyin olunub. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Ə.Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub. 

Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.