Foto 12:18 22.07.2018

Misirdə yeraltı məzar tapıldı: içindən görün nə çıxdı (FOTO/VİDEO)

Misirin şimalında yerləşən İsgəndəriyyədə inşaat işləri zamanı yeraltı məzar tapılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 30 ton ağırlığında olan qəbrin içərisindən bir neçə insan skeleti və su çıxıb.

Qərb mediası məzarın Makedoniyalı İsgəndərə aid olduğunu iddia edib, lakin Misir idarəçiliyi sözügedən iddiaları yalanlayıb.

Sosial şəbəkə isifadəçiləri məzardakı suyun dirilik suyu olduğunu irəli sürərək həmin suyun içilməsi ilə bağlı kampaniya başladıblar.

Misir Tarixi Abidələr İdarəsinin baş direktoru Mustafa Vəziri sözügedən kampaniyaya aydınlıq gətirib.

O, tədqiqatçıların qəbirdəki sudan nümunə götürüb, təhlil etdiklərini və suyun dirilik suyu və ya qırmızı civə deyil, adi yağış suyu olduğunun ortaya çıxdığını bildirib.

Vəziri daha öncə verdiyi açıqlamasında qəbirdən tapılan insan skeletlərinin əsgərlərə aid olduğunu söyləmişdi. O, bunu kəllə sümüyünün formasına əsaslanaraq dediyini, bundan başqa həmin skeletlərin əsgərlərə aid olub olmadığına dair əlavə dəlil olmadığını qeyd edib. Vəziri skeletlərdən birində ox izinə rast gəlindiyini də sözlərinə əlavə edib.

Qurum rəhbəri qəbirin hansı dövrə və kimə aid olduğuna dair heroqlif yazıları və ya işləmələrin olmadığını bildrib.