Maqazin 12:08 09.12.2018

"Miss Universe - 2018"in iştirakçısı yoxa çıxdı

"Miss Universe - 2018" gözəllik müsabiqəsinin Syerra-Leone təmsilçisi Ester Banqura itkin düşüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bütün iştirakçılar Tailandda keçiriləcək müsabiqə üçün artlıq hazırlıqlara başlasalar da, Syerra-Leone təmsilçisindən xəbər yoxdur. O, dekabrın 5-də Tailandda olmalı idi.

Ester Banquanın sonuncu dəfə sosial şəbəkə hesabında 29 noyabrda paylaşım etdiyi bildirilir.
 
Onun harada olması barədə məlumat yoxdur.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!