İdman 14:06 30.10.2019

Mixail Şumaxerlə bağlı üzücü açıqlama

2013-cü ilə Alp dağlarında xizək sürərkən qəzaya düşən və həmin vaxtdan komada olan Mixail Şumaxerin səhhəti ilə bağlı nevroloq Matilde Leonardi açıqlama verib.

Qaynarinfo xəbər verir ki, həkim Formula 1 pilotunun Parisdə kök hüceyrə müalicəsinə başlamasına münasibət bildirən bunun nəticə verməyəcəyini deyib.

"Mixail Şumaxer kimi minimal şüurlu xəstələrə müsbət təsir gösrən bir kök hüceyrə müalicəsi təcrübədə yoxdu. Onunla bağlı səsləndirilən iddialar insanlara boş yerə ümid verməkdən başqa bir işə yaramır" deyə həkim bildirib.