Video 11:20 26.07.2019

MN: "Bu, bizim təyyarənin qəza anı deyil" (VİDEO)

"Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyi sosial şəbəkələrdə MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntülərə cavab olaraq bildirib. 

Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır.

"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, sözügedən video görüntü İtaliyadakı 2017-ci il aviaşousu zamanı qeydə alınıb. Müdafiə Nazirliyi həmin video görüntünü də təqdim edib.