Siyasət 21:00 15.10.2021

MN: “Ermənistan yalan məlumatlarla növbəti təxribatlara zəmin yaratmağa çalışır”

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Qaynarinfo xəbər verir ki. bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır.