Video 11:49 17.01.2022

MN Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların durumunu açıqladı (VİDEO)

Müdafiə Nazirliyi azad edilən ərazilərdə dislokasiya olunan qoşunların durumunu açıqlayıb

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.

"İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub.