Ölkə 16:54 19.10.2020

MN məhv edilən və ələ keçirilən düşmən hərbi texnikasının sayını açıqladı

"Azərbaycan Ordusu bu günə qədər Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib”.

Qaynarinfo-nun xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

H. Mahmudov deyib ki, 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib: "Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”.