Ölkə 11:20 27.09.2020

MN: Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 PUA-nın vurulması xəbəri yalandır

Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.