Ekonomiks 10:08 22.06.2013

Mobil internetin orta sürəti 7 dəfə artacaq



2017-ci ilədək mobil internetin orta sürəti 7 dəfə artacaq və dünyada internetə çıxış imkanına malik 10 milyard mobil qurğu olacaq.

Qaynar.info “ICTnews”a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda “Cisco”-nun inkişaf etməkdə olan ölkələr üzrə baş vitse-prezidenti Dankan Mitçell deyib. O, 2017-ci ilədək mobil trafikin 50%-dən çoxunun “4G” şəbəkələrinin payına düşəcəyini deyib.

Qaynar.info