Ekonomiks 22:33 20.01.2022

Mobil operatorların gəlirləri açıqlandı

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, ötən il informasiya və rabitə sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,1 faiz artaraq 2 milyard 384,2 milyon manat təşkil edib. Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.