Dünya 20:06 20.07.2013

Mobil telefonun daha bir qurbanı

Telefonu elektrik cihazına qoşmaq istəyən gənci "tok" vurub.

Bu həftə ərzində İsveçrə və Çində baş verən mobil telefon insidentlrinə daha biri əlavə edilib. Anspress-in verdiyi məlumata görə, Pekində ağıllı telefonunu elektrik enerjisi ilə təmin etmək istəyən Vu Jiantonq adlı şəxs komaya düşüb. Gəncin bacısının sözlərinə görə, qardaşı telefonu elektrikə qoşaqrkən qəfildən "cərəyan vurur" deyə qışqırıb və yıxılıb. 

İki ildir telefonu istifadə edən, Vunun elektrik alətinin orjinal olmadığı qeyd edilir.

Qaynar.info