Dünya 17:33 08.06.2019

Moldova Prezidenti istefaya verməkdən imtina etdi

Moldova Prezidenti İqor Dodon istefaya getməkdən imtina edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Demokratik Partiyanın istefa tələbini yerinə yetirməyəcəyini bildirib.

İqor Dodon bildirib ki, Demokratik Partiyanın nümayəndələri ona ciddi təzyiq göstərirlər.

Qeyd edək ki, Moldova Demokratik Partiyası dövlət başçısı İqor Dodonu istefaya məcbur etmək üçün ölkədə etiraz aksiyaları keçirir.