Dünya 17:37 09.09.2018

Qəzaya düşən prezidentdən ilk açıqlama (YENİLƏNİB)

Moldova prezidenti İqor Dodon yol qəzası zamanı ciddi xəsarət almayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısı "Komsomolskoy pravdı” nəşrinə bildirib: 

"Heç bir yara, zədə və əzilmə yoxdur. Vəziyyətim normaldır”. 
 
***16.20 
 
Moldova prezideti İqor Dodonun korteji qəzaya düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə Straşenı-Kalaraş avtomobil yolunda baş verib. Məlumatlara görə, prezident korteji yük maşını ilə toqquşub. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.

Polis qəza xəbərini təsdiqləsə də, detalları açıqlamayıb. Moldova prezidentinin mətbuat xidmətindən hələlik təsdiq etməyiblər.