"Rusiya mətbuatında yayılan bu informasiya onu göstərir ki, Moskva İranla Azərbaycan arasında gərginliyin yaranmasına çalışır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Rusiyanın voennoedelo.com saytının İran hərbi təyyarəsinin Azərbaycan ərazisində kəşfiyyat aparmaq üçün havaya qaldırıldığı barədə məlumatını dəyərləndirərkən deyib.
Həmsöhbətimizə görə, bu, təzyiq vasitəsidir:
"Azərbaycanın müstəqil siyasət yürütməsi Kremli qıcıqlandırır. Ona görə də ara-sıra mətbuatda belə dezinformasiyalar yaymaqla ölkəmizə təzyiq etməyi düşünürlər. Azərbaycanın rəsmi qurumlarında belə fikir formalaşdırmağa çalışırlar ki, yürütdükləri siyasətlə Rusiya və İranla qarşı-qarşıya gələ bilərlər. Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığı dərinləşdirir. Bu isə İran və Rusiya üçün arzuolunmaz yanaşmadır”.
Politoloq qeyd edir ki, Moskva və Tehran Bakının daha çox öz təsir dairələrində olmasını istəyir:
"Amma anlamaq istəmirlər ki, bu mərhələ artıq arxada qalıb. Azərbaycan işğala son qoyduqdan sonra müstəqil siyasət yürüdür, özünün hərbi müttəfiqlərini seçib. İran və Rusiya nə qədər çalışsa da, Azərbaycanı yürütdüyü siyasətdən döndərə bilməyəcək. Bu təzyiqlər mənasız və gülüncdür”.
N. Məmmədli İranın postsovet məkanına yönəlik siyasətdə Moskvanın atdığı addımları dəstəklədiyini təəssüflə qeyd edib:
"İran Moskvanın postsovet məkanına yönəlik siyasətində sanki onun vassalı rolunda çıxış edir. Bu mənada İran Azərbaycanın suverenliyinə hörmətlə yanaşmayan dövlətlərdən olub. İşğal müddətində Ermənistanla hər cür əməkdaşlığa gedib. Digər tərəfdən, İran öz daxilində hansı addımı atırsa, buna çox da əhəmiyyət verməməliyik. Azərbaycan öz sərhədlərini möhkəmləndirməlidir. İranın hərbi təlimləri Azərbaycanda heç bir qorxu yaratmır”.
Rüfət Sultan
Şərhlər