İdman 14:15 16.12.2018

Moskva "Spartak"ı azərbaycanlı futbolçu transfer edir

Ayaz Quliyev yenidən "Spartak”da çıxış edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Moskva klubu yayda "Rostov"a 500 min avroya satdığı futbolçunu geri qaytarmaq istəyir. Klub rəhbərliyinin gələn həftə baş məşqçi Oleq Kononovla transfer məsələlərini müzakirə edəcəyi bildirilir. 

Qeyd edək ki, "Rostov"un heyətində 15 rəsmi oyuna çıxan Ayaz Quliyev 1 qol vurub və 4 məhsuldar ötürmə verib.