Dünya 11:47 13.03.2019

Moskvada çeçenlər iki azərbaycanlını güllələdi

Moskvada 3 çeçen təkər təmiri ilə məşğul olan azərbaycanlılara hücum ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından "İnterfax"a məlumat verilib. Hadisə paytaxtın "Krasnıx zor" küçəsində baş verib. 

2 azərbaycanlı bıçaq və güllə yaralıları ilə xəstəxanaya yerləşdirilib. Şübhəlilərdən biri saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.