Dünya 13:56 11.07.2019

Moskvada istilik elektrik stansiyasında yanğın: xəsarət alanlar var

Moskvada yerləşən "Severnaya" İstilik Elektrik Mərkəzində yanğın olub.

Qaynarinfo xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər xəsarət alıb. Yanğını söndürmək üçün 2 helikopter cəlb edilib. 

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Gülşən