Dünya 12:17 06.03.2020

Moskvada peşəkar Ukrayna şahmatçılarının cəsədi tapıldı (FOTO)

Moskvada bir mənzildə iki gəncin cəsədi tapılıb. 

Qaynarinfo xəbər verir ki, cəsədi tapılanların peşəkar Ukrayna şahmatçıları olduğu üzə çıxıb - 2013-cü ildə sürətli şahmat üzrə Ukrayna çempionu olmuş 26 yaşlı Stanislav Boqdanoviç və FİDE reytinqində 1861-ci yeri tutan 18 yaşlı Aleksandra Verniqora.

İlkin məlumatlara görə, gənclər dəm qazından ölüb. "Onların başlarında hamam torbaları olub", - TASS-a məlumat verən mənbə deyib. 

Ukrayna mediası yazıb ki, Boqdanoviç Rusiyanı fəal dəstəklədiyi üçün 3 martda "Sülhməramlı” veb saytının bazasına əlavə edilib.

İstintaq tədbirləri davam etdirilir.
 
Alpər