Ölkə 19:12 21.10.2021

Moskvada Qarabağdakı vəziyyət müzakirə olunacaq

Oktyabrın 22-də Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitlə görüşü zamanı Qarabağdakı vəziyyət də müzakirə olunacaq.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib:

"BMT xəttilə Suriyada, Əfqanıstanda, Efiopiyada, Ukraynada humanitar yardım məsələlərinə, habelə Qarabağdakı vəziyyətə dair müzakirə aparmaq nəzərdə tutulur”.