Dünya 12:17 06.11.2013

Moskvada rus millətçilərinin növbəti vəhşiliyi - VİDEO


Bir qrup 14 yaşlı yeniyetmə 17 yaşlı şəxsə hücum edərək onu vəhşicəsinə döyüblər


Rusiyanın paytaxtı Moskva şəhərində millətçi yeniyetmələr növbəti vəhşiliyə yol veriblər.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, polis Moskva sakini Yuri Doljenkoya ağır bədən xəsarətləri yetirmiş bir qrup yeniyetmə gənci saxlayıb.

Bildirilir ki, bir qrup 14 yaşlı yeniyetmə 17 yaşlı şəxsə marketdən çörək alıb çıxdığı zaman hücum edərək vəhşicəsinə döyməyə başlayıblar.

Həkimlər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan Y.Doljenkonun həyatda qalması üçün bir neçə saat əziyyət çəkməli olublar. Hazırda onun vəziyyətinin qeyri-qənaətbəxş olduğu bildirilir.

Rusiya hüquq-mühafizə orqanları cinayət törədən şəxslərin millətci təşkilatlardan birinin üzvləri olduğunu bildirirlər.


Qaynar.info