Mosul küçələrində terrorçuların iylənmiş cəsədləri (FOTOLAR)

Mosul küçələrində terrorçuların iylənmiş cəsədləri (FOTOLAR)

Dünən İraqın Mosul şəhəri 265 gün davam edən əməliyyatlar nəticəsində İŞİD terror təşkilatından tam azad edildi.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qələbədən sonra dinc əhali və İraq əsgərləri şəhərdə bu hadisəni qeyd etdi. Çəkilən fotolarda insanlar İraq bayrağını dalğalandırır və qələbə işarəsi göstərirlər.

Şəhərin digər bir hissəsi isə terrorçuların cəsədləri ilə doludur. Üstü yorğan və ədyallarla örtülmüş meyitlər artıq iylənməyə başlayıb və əsgərlər burunlarını tutaraq keçirlər. Yerli media cəsədlərin iyisinin 100 metrdən hiss edildiyini deyir. 

Qeyd edək ki, Mosul 2014-cü ildən bəri İŞİD-in nəzarəti altında idi. Hələ də ölkədə terrorçu qrupun əlində olan ərazilər var və Telafer bölgəsi İraq ordusunun növbəti hədəfidir.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR