Mourinyo darmadağından danışdı

Mourinyo darmadağından danışdı

Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Borussiya"ya 1:4 hesabı ilə məğlub olan "Real" klubunun baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib.

Qol.Az-ın məlumatına görə, Mourinyo rəqibə nisbətən zəif çıxış etdiklərini deyib: "Borussiya" bizdən yaxşı oynadı. Oyunçular fərdi keyfiyyətlərinə görə də, bizi üstələdi. Topu özümüzdə saxlamaqdan çox tez vaz keçdik. Rəqibimiz çox emosiyanal və istəkli idi. Hesab 1:1-dən 4:1-ə çox tez dəyişdi və bunun səbəbini həqiqətən bilmirəm".

 Portuqaliyalı mütəxəssis rəqibin heyətində pokerə imza atan Robert Levandovski haqda da danışıb: "Levandovski haqda hər şeyi bilirdik. Onu zərərsizləşdirmək üçün məşq etmişdik. Penaltinisaymasaq onun hər üç qolunu mane ola bilərdik. Rəqib layiqli qələbə qazandı".

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR