İdman 12:23 17.12.2017

Mourinyo erməni futbolçunu qovur

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ilə Henrik Mxitaryan arasında gərginlik yaranıb. 

Qaynarinfo xəbər verir ki, portuqaliyalı mütəxəssis "Brayton"la oyunda (1:0) erməni futbolçunu oyunundan narazı qalıb. 

Mourinyo futbolçuya iradlarını komandanın qarşısında bildirib. Mxitaryan və baş məşqçi daha sonra mübahisəni klub bazasında yerləşən analitik kabinetin yanında davam etdiriblər.

İddialara görə, Mourinyo erməni futbolçunu göndərərək Məsut Özili transfer etmək istəyir.
 
Qeyd edək ki, "Mançester Yunayted" Mxitaryanı 2016-cı ildə Dortmund "Borussiya"sından 42 milyon avroya alıb. Erməni klubu İngiltərə klubunun heyətində indiyədək 58 rəsmi oyuna çıxıb və 13 qol vurub.