"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Barselona"nın transfer etmək istədiyi David Luiz haqda danışıb.
Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Luizin satılmayacağını bildirib:
"David Luizin transferi müzakirə mövzusu ola bilməz. Çünki onun "Çelsi" ilə 4 illik müqaviləsi var. Onu bəyənirik və komanda üçün vacib oyunçudur. Braziliyalı futbolçunu komandada saxlamaq istəyirik. O, satılmayacaq".
Qaynar.info
Şərhlər