İdman 11:11 15.05.2013

Mourinyonu soyan şəxs həbs olundu

“Real” klubunun çalışdırıcısı Joze Mourinyonu qarət edən şəxs həbs olunub. 

ANS PRESS-in verdiyi xəbərə görə, 32 yaşlı Cemmi Filan Joze Mourinyo və onun ailəsini təxminən 100 000 funt dəyərində qarət etməkdə təqsirkar bilinir. Məhkəmə onu 31 aylıq azadlıqdan məhrum edib.

“Arsenal” klubunun azarkeşi olan oğru Mourinyonun və onun ailəsinin Londonda oteldə qaldığını bilərək mühafizəçilərin gözündən yayınıb, ailəyə məxsus olan qiymətli zinət əşyaları və geyimləri oğurlayıb.

Qaynar.info