Xəbər lenti

Mourinyoya qarşı vergi ittihamı
İdman 18:19 25.06.2013

Mourinyoya qarşı vergi ittihamı

"Barselona"nın futbolçusu Lionel Messinin ardından "Real" (Madrid) klubunun sabiq baş məşqçisi Joze Mourinyo vergidən yayınmaqda şübhəli bilinir.

Qol.Az-ın verdiyi məlumata görə, "Real"da işlədiyi 3 il ərzində İspaniyanın ən yüksək ödənişli insanlarından sayılan portuqaliyalı mütəxəssis yaxın günlərdə ekspertlər tərəfindən sorğu-sual ediləcək.

Xatırladaq ki, daha öncə İspaniya vergi əməkdaşlarının apardığı yoxlamalar zamanı Lionel Messinin və onun atasının 2007, 2008 və 2009-ci illərdə 4 milyon avro vergidən yayındığı üzə çıxıb. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->