Video 12:47 24.05.2018

Ömrə müqabil müstəqillik: Cühuriyyətlə bağlı film çəkildi (VİDEO)

Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib.

Qaynarinfo xəbər verir ki, Gəncədə fəaliyyət göstərən "ARB Kəpəz” televiziyasının və Gəncə "ASAN Xidmət” Mərkəzinin əməkdaşlığı ilə bir əsrlik tarixmiz dəqiqələrlə də olsa yaddaşa köçürülüb.

Çəkiliş prosesində Gəncə "Asan Xidmət” Mərkəzinin bir qrup könüllüsü də iştirak edib. "Ömrə müqabil müstəqillik” filmi bugünkü müstəqilliyimizin tarix boyu böyük şəxsiyyətlərin ömürləri müqabilində əldə edilməsinin göstəricisidir. İstər fiziki olaraq ömrünü qurban vermək, istərsə də mənən ömrünü qurban vermək, fərq etməz nəticə birdir: Vətən bütövlüyü, müstəqillik təntənəsi.

Sənədli film 1905-1906-cı illər azadlıq hərəkatının təsvirindən başlayaraq, müasir müstəqilliyimizədək bütün tarixi formasiya dövrlərini əhatələyib. Danılmaz bir fakt var ki, Azərbaycan Xalq Cümhuriyəti ilə bağlı çox önəmli səhifələrdən biri, onun Gəncə dövrüdür.

"Ömrə Müqabil Müstəqillik” filmi ARB telekanalının efirində 28 may saat 20:45-da nümayiş olunacaq.