Siyasət 19:10 03.09.2013

MSK-dan yeni qaydalar

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib.

MSK katibi Arifə Muxtarova bildirib ki, seçki məcəlləsinin tələblərinə uyğun olaraq bülletenlərinin mətni, forması, sayı səsvermə gününə 35 gün qalmış təsdiq edilməli, 10 gün qalmış isə çap olunmalıdır: "Çap olunan seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faizdən çox olmamaqla çap olunacaq".

MSK katibi, seçki bülletenlərinin mətnini açıqlayıb: "Ümumilikdə 5 149 255 ədəd seçici bülleteni Azərbaycan Milli Məclisinin mətbəəsində MSK üzvünün müşahidəsi altında çap olunacaq".

MSK iclasında həmçinin 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Qaynar.info