Dünya 23:48 18.03.2018

MSK: Sayılan səslərin nəticələrinə görə Putin liderdir (YENİLƏNİB)

Rusiyada keçirilən prezident seçkiləri başa çatıb.

Qaynarinfo xəbər verir ki, artıq səslərin 36.49 faiz sayılıb. Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sayılan səslərin 73.92 faizi hazırki prezident Vladimir Putinin leyhinə olub.

Kommunist Partiyasının namizədi Pavel Qrudin 14.29 faizlə ikici yerdədir. Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 6.57 faizlə üçüncü, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1.40 faizlə dördüncü, "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski 0.80 faizlə beşinci yerdədir. 

Onları 0.63 faizlə Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, 0.63 faizlə Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin və üksəliş Partiyasından Boris Titov izləyir.
 
İlk "Exit poll”arın nəticələrinə əsasən də Vladimir Putin liderdir. 

Ölkənin İRF-un (İctimai Rəy Fondu) məlumatına görə, hazırki ölkə başçısına seçicilərin 77% səs verib. İkinci pillədə Pavel Qrudin (11,8%), üçüncü yerdə Vladimir Jirinovski (5,9%) qərarlaşıb.