Ölkə 18:56 28.12.2017

MTRŞ AzTV ilə bağlı qərar verdi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 

MTRŞ-dən Qaynarinfo-ya daxil olan məlumata görə, iclasda "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 1 yanvar 2018-ci il tarixdən  "AzTV” və "Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.