Ölkə 11:40 14.03.2019

MTRŞ sədrinin yeni müavini kim olacaq?

Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini vəzifəsi boşdur.

Şuradan Lent.az-a bildirilib ki, əvvəlki sədr müavini Qafar Cəbiyevin Şura üzvlüyünə səlahiyyət müddəti bitdiyi üçün müavinlik vəzifəsini də yerinə yetirməyəcək.

Qurumdan o da əlavə olunub ki, bu məsələ Şuranın daxilində üzvlərin səsverməsi ilə  həll olunur: "Yaxın günlərdə bu məsələ ilə bağlı ortaq məxrəcə gəlinəcək. Müzakirələr aparılacaq  ya səsvermə ilə yeni müavin seçiləcək, ya da müavin məsələsi, ümumiyyətlə, gündəlikdən çıxarılacaq”.

Qeyd edək ki, MTRŞ sədrinin müavini vəzifəzinin icra edən Qafar Cəbiyevin Şura üzvlüyünə  səlahyyət müddəti bu il martın 1-dən başa çatıb.

Hazırda Şuranın MTRŞ sədri Nuşirəvan Məhərrəmlidən başqa beş üzvü var. Onlar yeni təyin olunan Telli Pənahqızı, Bəxtiyar Balakişiyev və əvvəlldən fəaliyyət göstərənlər Cəfər Məmmədov, Mübariz ElyazovAslan Xəlilovdur