İdman 13:35 26.11.2013

Mübariz Mənsimovdan Mustafa Dənizliyə fantastik MƏBLƏĞ


Türkiyə mətbuatı “Xəzər Lənkəran”la müqavilə imzalayacağı gözlənilən Mustafa Dənizlinin Azərbaycanda qazanacağı maaşın məbləği ilə bağlı xəbər yayıb.

Qol.Az-ın məlumatına görə, “Sabah” qəzeti yazıb ki, M.Dənizli Lənkəran təmsilçisi ilə 1.5 illik müqavilə imzalayacaq. Müqavilənin şərtinə əsasən, M.Dənizli bu anlaşma çərçivəsində 6 milyon avro əldə edəcək.

Qeyd edək ki, M.Dənizlinin “Xəzər Lənkəran”ı çalışdıracağı haqda ilk xəbəri də “Sabah” qəzeti yayıb.

Məlumatda həmçinin qeyd olunub ki, M.Dənizliyə Oğuz Çətin kömək edəcək. “NTV Spor” kanalı isə bildirib ki, M.Dənizlinin köməkçilərindən biri də “Beşiktaş”ın keçmiş futbolçularından biri – İbrahim Üzülməz olacaq.

Qaynar.info