Ölkə 13:47 31.07.2020

Müdafiə Nazirliyi Teymur Cəfərovun vəfatı ilə bağlı məlumat yaydı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

"Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib. Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir", - nazirlikdən bildirilib. 

Allah rəhmət eləsin!