Xəbər lenti

Müdafiə Nazirliyindən mobil telefon QADAĞASI
Ölkə 18:10 23.01.2014

Müdafiə Nazirliyindən mobil telefon QADAĞASI


"Qoşunların təmas xəttində yerləşən hərbi hissələrdə mobil telefonlardan istifadə edilməsi qəti qadağandır”


Müdafiə Nazirliyindən, müddətli hərbi xidmət qulluqçularının və əsgərlərin hərbi hisssələrdə telefondan istifadə etməsi məsələsinə aydınlıq gətirilib.

Müddətli hərbi xidmət qulluqçularının, əsgərlərin telefondan istifadə etmələri ilə bağlı yeniliyin tətbiqi haqqında ans press-in sorğusunu cavablandıran Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, cəbhədə yerləşən hərbi hissələrdə mobil telefonlardan istifadə qəti qadağandır: “Qoşunların təmas xəttində yerləşən hərbi hissələrdə mobil telefonlardan istifadə edilməsi qəti qadağandır”.

Qeyd edək ki, hərbi hissələrdə əsgərlərin mobil telefonlardan istifadəsi qadağan olunduğu üçün universal tipli taksafonlar quraşdırılır. Bu taksafonlar taksafon kartı və milli qəpiklərlə işləyir.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->