Dünya 14:18 05.10.2017

Müdir qadın işçiyə elə cəza verdi ki... (FOTO)

Çində təhlükəsizlik kəmərini taxmayan sürücü qadına müdiri qeyri-adi cəza verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ofisə gələrkən təhlükəsizlik kəmərindən istifadə etməyən qadın müdiri ilə qarşılaşıb və ofis qanunlarını pozduğu üçün xüsusi lentlə divara yapışdırılıb.

Digər işçilər qadına fikir vermədən işlərinə davam ediblər. Hətta ofis üzvlərindən bir nəfər iş yoldaşının bu vəziyyətdə fotosunu sosial mediada "Təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edərkən müdirə tutulan həmkarım" başlığı ilə paylaşıb və posta ofis qaydalarının yazıldığı siyahını da əlavə edib. 

Qeyd edək ki, qeyri-adi qaydalara görə, işə gec gələn və tez çıxan ofisi sürünərək tərk edir.


Gülşən

Qaynarinfo.Az