Video 17:03 14.05.2020

“Müəllim deyir, Sabina mənimlə sevgili olsa...” – Rejissora qarşı daha bir ittiham

"Mənimlə sevgili olsan, səni qabağa çəkərəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında ATV-də yayımlanan "Aldanmış hisslər” serialından rol təklifi alan və əxlaqsız təklifə görə çəkilməkdən imtina edən Sabina Ağarzayeva deyib. Aktrisa qeyd edib ki, əflaqsız təklifi ona sözügedən serialın rejissoru Faiq Nağıyevin adından prodüsseri ünvanlayıb:

"Məni "Aldanmış hisslər” serialına Faiq Nağıyev dəvət etməyib. Bir ayrı aktyor dəvət etmişdi. Həmin aktyor da o serialda rol alıb. Onlar serialda baş rolun ifaçısı üçün aktyor axtarırlarmış. Həmin aktyor da məni məsləhət bilib. Dəvət etdilər, getdim, danışdıq. Axşam baxdım ki, Faiq Nağıyevin prodüsseri Aygun xanımdan mənə səsli mesaj gəlib. Mesajda deyilirdi: "Müəllim deyir ki, mənimlə sevgili olsa, mənimlə yaxın olsa, onu qabağa çəkərəmn. Rolu istəyənlər çoxdur. Müəllimə 18 yaşlı qızlar da təklif edir”. Soka düşdüm. Mən də bunu sosial şəbəkədə yaydım. Bu çıxışımdan sonra məlumat aldım ki, daha bir neçə aktrisaya təkliflər olunub, amma onların heç biri məsələni ictimailəşdirməyib”. 
 
Aktyor Famiz Hüseynov isə məsələnin hüquqi müstəvidə həll olunacağını bildirib:

"Faiq Nağıyev deyir ki, mənim onunla müqaviləm yoxdur. Amma müqaviləm var. Ona inandığım üçün sadəcə onun sürətini götürmədim. Serialın çəklişlərinə başlanılmamış bir neçə aktrisaya təkliflər olunub. Deyilib ki, gəl səsə müəyyən obrazlar verim, qabağa çəkim”. Çəkilişlər  başlayandan sonra serialda rol alan qadınların da bir neçəsinə təkliflər edilib. Amma qadınlar ailə həyatlarına görə, bunu ictimailləşdirməyiblər. Faiq Nağıyev bütün bunları Aygün xanımın vasitəsi ilə edir. Bu haqda artıq hüquq-mühafizə orqanlarında məlumat var. Məsələyə yaxın zamanlarda hüquqi qiymət veriləcək”. 

Qeyd edək ki, ATV-də efirə gedən "Aldanmış hisslər” serialının aktyoru Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevi ittiham edib. 

Aktyor sosial şəbəkədə yaydığı videoda bildirib ki, rejissor qonorarları ödəmədiyi və gənc aktrisalara əxlaqsız təklif etdiyi üçün serialdan uzaqlaşıb.
Faiq Nağıyev isə aktyorun bu ittihamlarını əsassız hesab edib və onun serialdan uzaqlaşdırılmağının səbəbini sosial şəbəkədə dövlət əleyhinə yazdığı statuslarla əlaqələndirib.

Bahar Rüstəmli