Dünya 15:02 06.08.2017

Müğənni konsert zamanı səhnədə öldü

Ukraynalı müğənni İvan Denisenko səhnədə dünyasını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Estoniyada "August Blues" festivalı zamanı müğənninin halı pisləşib, İvanı xəstəxanaya çatdırmağa çalışıblar, lakin onu geri qaytarmaq mümkün olmayıb. 

Denisenkonun ölüm səbəbi barədə məlumat verilmir, lakin onun kardioloji səbəbdən öldüyü güman edilir.

Qeyd edək ki, Denisenko “Ivan Blues & Friends” rok qrupunun solisti idi və Ukraynada tanınmış və sevilən müğənnilərdən hesab edilirdi.

Gülşən

Qaynarinfo.Az