Maqazin 10:15 03.10.2014

“Müğənnilərimiz gecə saat ikidə…” - Aqildən gözlənilməz açıqlama



Aqil M. Quliyev klip sahəsindən başını götürüb qaçıb desək, yanılmarıq.

Gecce.az xəbər verir ki, müğənnilərin əlindən yanıqlı olan rejissor onlar kaprizlərinə daha dözə bilmədiyini söyləyib.

“Kliplərdən imtina etdikdən sonra artıq müğənnilərin  əlindən rahat yatıb-dura bilirəm. O müğənni ki, gecə saat ikidə toydan çıxıb sənlə dahi fikirlərini paylaşacaqsa, yaxudda da çəkiliş məkanına gecikəcəksə, bu geyim xoşuma gəlmir deyəcəksə, lazım deyil.

Hamısı stressdir. İndi rahatam. Hərdən olur ki, günlərlə telefonu səssiz rejimə keçirib,  heç kimlə danışmıram. Ancaq  ssenarilər yazmaqla məşğul oluram.”

Qaynar.info